Uşaqlara yaxşı təhsil verməyin uğur formulu
Ölçü:


Rövşən AĞAYEV

Yoxsulluq və gəlir qeyri-bərabərliyi sahəsində dünyada son illər tanınmış araşdırmaçıladan biri, "Qlobal bərabərsizlik" nəşrinin müəllifi Branko Milanoviç deyir ki, istənilən uğurlu vətəndaşın yolu artıq 5 yaşından müəyyən edilir.

Niyə 5 yaş?

Tədqiqatçı mövqeyini belə izah edir: "Hər bir valideynin övladı üçün aşıladığı məqsəd budur: əlverişli və yüksək ödənişli işə sahib olmaq. Əlverişli və yüksək ödənişli işə sahib olmaq üçün yaxşı universitet təhsili vacibdir. Səviyyəli univesitet təhsili üçün keyfiyyətli orta təhsil olmalıdır. Keyfiyyətli orta təhsilə yol keyfiyyətli məktəbəqədər təhsildən keçir".

Milanoviç yazır ki, valideynləri həm zəngin, həm də təhsilli olan körpələr doğuşdan uduşludur - maddi imkanlar onların qayğılarını qarşılamaqla yanaşı təhsillərinə investisiya qoymağa da zəmanət verir.

Bu yazılanların bizim üçün əhəmiyyəti nədir? Ən yaxşı islahat təklifləri, ən islahatçı nazir belə Azərbaycanda təhsilin keyfiyyətini yüksəltməyə yetərli olmayacaq, ta o zaman qədər ki, ölkədə övladlarının təhsilinə investisiya qoymağa, onları qayğısız böyütməyə yüksək təhsili və maddi imkanları ilə dəstək verən orta təbəqəyə aid valideynlər əhalinin əksəriyyətini təşkil etməyəcək.

Milanoviçin fikrincə, aşağı təhsilli və kasıb valdeynlərin çox az hissəsi öz övladlarını erkən yaşdan perspektivli yola çıxara bilirlər. Cəmiyyətdə qeyri-bərabərliyi doğuran səbəblərdən biri də sonda məhz bu amil olur.

İndi mənim üçün bir sual maraqlıdır: Azərbaycanda universitetə daxil olan tələbələrən yoxsul, orta imkana malik və ən zəngin 20%-lik əhali qrupları arasında necə bölünür? Universitetə daxil olan tələbələrin hansı hissəsinin hər 2 valideyni, hansı hissəsinin valideynlərindən ən azı 1-i ali təhsillidir, hansı hissəsinin heç bir valdeyni yüksək təhslə malik deyil?

Əslində bunları hökumət araşdırmalıdı...

Əlbəttə, istisnalar qaydanı pozmur və heç də həmişə kasıb və təhsilsiz ailədən çıxan uşaqların perspektivdə uğuq qazanmayacaq deyə bir gerçəklik yoxdur. Sadəcə Milanoviçin dediyi odur ki, imkanlı və təhslilli ailədən doğulan uşaqlar üçün perspektiv daha rahatdı və əlverişli şərtlərlə öncədən təmin edilib
30.04.2018 16:57:00
Oxuma sayı: 987