Sarkisyanın partiyası baş nazir postuna namizəd verməyəcək
Ölçü:


Ermənistanda sabiq prezident və sabiq baş nazir Serj Sarkisyanın lideri olduğu hakim Respublika Partiyası baş nazir postuna namizəd irəli sürməyəcək.

Koordinat.az xəbər verir ki, bunu bu gün parlamentin vitse-prezidenti, Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib. “İnterfaks” agentliyinin yaydığı məlumata görə, Eduard Şarmazanov deyib ki, bu gün sabiq baş nazir Serj Sarkisyan və baş nazirin səlahiyyətlərini icra edən Karen Karapetyan arasında görüş keçirilib. Görüşdə ölkədəki daxili siyasi vəziyyət və baş nazir seçkiləri ilə bağlı məsələ müzakirə olunub: “Bu görüşdə Respublika Partiyasının baş nazir postuna namizəd irəli sürməməsi barədə qərar verilib. Biz mayın 1-də parlamentdə səsvermə keçirilənə qədər irəli sürüləcək bütün namizədlərlə bağlı müzakirə aparacağıq. Bizim 30 aprel saat 18:00-a qədər vaxtımız var. Partiya yalnız dövlət maraqlarından çıxış edəcək. Biz hazırda Nikol Paşinyandan başqa baş nazir postuna namizədlərin olub-olmadığını bilmirik. ”

Qeyd edək ki, parlamentdə sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq aprelin 13-dən başlayaraq müxalif lider Nikol Paşinyanın rəhbərliyi ilə İrəvan və digər şəhərlərdə kütləvi etiraz aksiyaları başlayıb. Aprelin 13-də S. Sərkisyan baş nazir postundan istefa verib. Bununla belə, N. Paşinyan Respublika Partiyasının bütövlükdə hakimiyyətdən kənarlaşmasını və yeni baş nazirin seçilməsini tələb edir.
28.04.2018 21:49:00
Oxuma sayı: 508