Sabir Rüstəmxanlı universitetlərdə görüş keçirə bilmir: “Universitet rektorun şəxsi malikanəsi ola bilməz”
Ölçü:


Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlı Türkiyənin Ərzurum, Qars, Van, Elazıq, Malatya, Giresun, Trabzon, Tokat, Samsun, Kayseri, Adana, Qaziantep, İzmir, Kütahye, Sparta, Mersin, Muğla, Kocaeli, Mahnı şəhərlərindəki universitetlərində, eləcə də Ankara və İstanbulun hər birinin 4-5 universitetində görüşlər keçirib.

Koordinat.az xəbər verir ki, şair  Azərbaycandakı universitetlərdə belə görüşlər keçirə bilməməsindən gileylənib. Sabir Rüstəmxanlı təəssüflə bildirib ki, son 25 ildə Azərbaycandakı universitetlərin heç birində hətta fakültə səviyyəsində görüşü olmayıb: "Buna cəhd göstərilsə də, izn verilməyib. Buna nə ad vermək olar? Bundan uduzan kimdir? Hər universitet bir rektorun şəxsi malikanəsi ola bilməz. Mənə müraciət edən tələbələrə bu durumu izah edə bilmirəm...”.
28.04.2018 10:09:00
Oxuma sayı: 525