Paşinyan Putindən Qarabağ üçün zəmanət istədi: “KTMT daha böyük qarant verməlidir”
Ölçü:


Ermənistan müxalifətinin son günlər liderinə çevrilimiş Nikol Paşinyan bu gün ilk dəfə olaraq Qarabağ münaqişəsi barədə danışıb.

Koordinat.az
xəbər verir ki, Gümrüdə keçirdiyi izdihamlı mitinqdə çıxış edən Paşinyan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin mümkünlüyünü qeyd edib. O, bildirib ki, erməni xalqı “Qarabağ münaqişəsində, korrupsiyaya, kasıblığa qalib gələcək”.

Paşinyan vəd edib ki, Ermənistanda hakimiyyət dəyişdikdən sonra da ölkə bağladığı beynəlxalq sazişlərə sadiq qalacaq. Onun sözlərinə görə, hazırda hakimiyyət dəyişikliyini Rusiyaya qarşı siyasi, geopotik və iqtisadi müharibə kimi qələmə verməyə cəhdlər var: “Biz Rusiyanın düşməni deyilik. Biz ölkəmizə onu avanturaya aparacaq qədər düşmən kəsilməmişik”.

Paşinyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvü kimi qalacağını vəd edib: “Biz bu qurumun daha effektli olmasını istəyirik.  Təşkilatdan Ermənistan və Qarabağ üçün indiyə qədər olmayan böyük qarantlar almağa çalışacağıq”.
27.04.2018 21:26:00
Oxuma sayı: 778