Paşinyan: "Hakim partiya mövqeyindən geri çəkilməsə..."
Ölçü:


“Sabiq prezident Robert Köçəryanın hakimiyyətə qayıdışı ilə bağlı deyilənlər qeyri-ciddidir”.

Koordinat.az
xəbər verir ki, bu barədə erməni müxalifətinin lideri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransıda deyib. Onun sözlərinə görə, əgər hakim Respublikaçılar Partiyası öz mövqeyindən geri çəkilməsə böhran daha da dərinləşəcək: “Biz xalqın qələbəsinin oğurlanmasına imkan verməyəcəyik”.

O, həmçinin baş nazir olmaq ehtimalı barədə də danışıb: “Kimin bu vəzifəni tutacağı əsas məsələ deyil, əsas oldur, böhran həll olunsun”.
27.04.2018 14:04:00
Oxuma sayı: 486