Polşa Azərbaycandan neft və qaz almaq istəyir
Ölçü:


“Polşa Hesablama Palatası çox şaddır ki, Azərbaycanla tvininq layihəsi həyata keçirəcək. Bu layihə çərçivəsində biz Polşanın təcrübəsini Azərbaycana göstərəcəyik".

Koordinat.az
xəbər verir ki , bu sözləri Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində Azərbaycan Hesablama Palatasının İnstitusional və Funksional potensalın gücləndirilməsi ilə bağlı keçirilən tədbirdə jurnalistlərə açıqlama verən Polşa Milli Audit Ofisinin rəhbəri Kzustof Kviatovski deyib. nO bildirib ki, əsas məqsədləri, Avropada olan olan standartları Azərbaycana gətirməkdir: Tvininq layihəsində əsasən Hesablama Palatasına aid olan standarlardan danışacağıq. Göstəcəyik ki, Hesablama  Palatası vətəndaşlara nə verir”.

O bildirib ki, bu layihə iki ölkənin münasibətlərinin daha da inkişaf etməsinə təsir edəcək: "Bildiyiniz kimi Polşa-Azərbaycan münasibətləri günü-gündən inkişaf edir. Sonuncu dəfə Polşa və Azərbaycan prezidentləri iyun ayında görüşüb. Bu tvininq layihəsi həmçinin Azərbaycan və Polşa münasibətlərinin inkişafına öz töhfəsini verəcək. Çox istərdik ki, Azərbaycandan neft və qaz alaq".

O qeyd edib ki, Azərbaycan da öz təcrübələrini Avropa ölkələri ilə paylaşa bilər: "Azərbaycanda olan ASAN Xidmət bir çox Avropa ölkəsi üçün nümunə ola bilər. Mən Polşa sabiq ədliyyə naziri və baş prokuroru olmuşam, ASAN xidmət şəffaflığı ilə seçilir, çox yüksək səviyyədədir. Burada gördüklərimi Polşada paylaşacağam. Vurğulayacam ki, yalnız bizim Azərbaycana deyil, Azərbaycanın da bizə çox köməyi ola bilər. Mən ilk dəfə 2006-cı ildə Azərbaycanda olmuşam. Azərbaycan çox sürətlə inkişaf edir".

 
20.11.2017 16:13:00
Oxuma sayı: 145