Ermənistan müxalifəti yenidən meydanlarda
Ölçü:


Nikol Paşinyan baş  nazir vəzifəsini icra edən Karen Karapetyanı yenidən danışıqlar masasına dəvət edib.

Koordinat.az
xəbər verir ki, görüşün “Marriot” oteldə olacağı planlaşdırılır. Etirazçılar aprelin 27-si Yerevanda mitinqlər keçirməyəcək. Bu barədə aprelin 26-sı axşam saatlarında etirazçıların lideri Nikol Paşinyan bəyan edib.

Etirazçıların budəfəki hədəfi Gümrüdür. Paşinyan paytaxtdakı mitinq iştirakçılarına istirahət vermək qərarına gəlib. Həmçinin bununla o ironik olaraq paytaxta da dincəlməyə imkan verib. Etirazçılar bu dəfə maşın karvanı ilə Gümrüyə üz tutacaqlar. Gümrüdə mitinq saat 18-də başlayacaq.

Aprelin 28-də isə mitinqlərin Vanadzorda davam etdiriləcəyi də bildirilir. Aprelin 29, 30-u və mayın 1-i isə etirazçılar Yerevanda mitinqlərə start verəcəklər.

 
27.04.2018 09:54:00
Oxuma sayı: 362