Zaxaraova: "Ermənistanda daxili vəziyyət sabitləşəndən sonra..."
Ölçü:


Rusiya tam səmimiyyətlə ümid edir ki, Ermənistanda daxili vəziyyətin sabitləşməsindən sonra Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı danışıqlar bərpa olunacaq.

Koordinat.az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

M.Zaxarova bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə öz mövqeyimizi dəfələrlə səsləndirmişik. Bu, dinc siyasi danışıqlar və razılaşmalar məsələsidir və bu məsələdə heç bir halda çətinliklər olmamalıdır. Çıxış yolu yalnız sülh danışıqları məcrasında olmalıdır”.

 
 
26.04.2018 19:01:16
Oxuma sayı: 496