Müəllimlərin işə qəbulu qaydaları yenilik olacaq
Ölçü:


Müəllimlərin builki işə qəbul qaydalarının layihəsi artıq hazırdır. Bu qaydalarda yeniliklərin tətbiqi nəzərdə tutulur.

Koordinat.az
xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov deyib. O qeyd edib ki, yeni qaydalar növbəti həftələr ərzində təsdiq olunacaq: "Layihə təsdiqləndikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək".

Eşqi Bağırov əlavə edib ki, direktorların da işə qəbulu üçün bu il müsabiqənin keçirilməsi nəzərdə tutulur: "Yəqin ki, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilənədək bu müsabiqə də baş tutacaq. Həmçinin direktorların işə qəbulu qaydalarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Amma qaydalar hələ hazır deyil".
 
26.04.2018 11:57:08
Oxuma sayı: 611