Moskva hərəkətə keçdi: Putin Sarkisyana zəng etdi, Nalbandyanı isə təcili Moskvaya çağırdılar
Ölçü:


"Moskva Serj Sarkisyanı qorumadı və onun istefasını kənardan seyr etdi".

Koordinat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Putin hökumətinin Ermənistandakı vəziyyətlə bağlı narahatlıqlarını şərh edərkən bildirib. O qeyd edib ki, Kremldən Serj Sarkisyanı müdafiə edən heç bir açıqlama verilməsə də rəsmi Moskva artıq real hərəkətə keçib: "Kreml artıq düyməyə basıb. Görünür, Kremldə anlayıblar ki, Ermənistanda küçə hakimiyyəti formalaşır və bu uzun müddət davam edə bilər. Bu isə anarxiyaya aparır".

Politoloq deyib ki, Rusiya prezidenti Vladimir Putin erməni həmkarı Armen Sarkisyana zəng edib, xarici işlər naziri Edvard Nalbandyanı isə təcili Moskvaya çağırıblar. Onun fikrincə, Kremlin bu addımının iki məqsədi var: "Birincisi, Ermənistandakı vəziyyət və hakimiyyətin planları barədə informasiyaları ilk əldən almaq istəyirlər. İkincisi, İrəvana edilən telefon zəngləri ilə Qərb dövlətlərinə mesaj yollayrlar ki, Ermənistanın taleyini Kreml həll edir və başqa dövlətin bu ölkədə işi olmasın".
25.04.2018 23:12:00
Oxuma sayı: 807