Lavrov Türkiyə təklifinə təəccübləndi: “Birinci dəfədir eşidirəm...”
Ölçü:


“Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir”.

Koordinat.az
xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sənədlər paket sənədlər kimi tərtib olunub: “Bu və digər elementi çıxarmaq mümkün olmur. Əks tərəf düşünə bilir ki, tarazlıq pozulur. Diplomatiya hər iki tərəf üçün məqbul olan variantı tapacaq”.

 S. Lavrov jurnalistin ATƏT-in Minsk qrupu həmsədrlərinin sayının artırılması ehtimalı barədə sualına cavabında bunu ilk dəfədir eşitdiyini söyləyib: “Münaqişənin həlli ilə bağlı razılaşdırılmış format var. Üç həmsədr təcrid olunmuş şəkildə işləmir. Minsk qrupunda həll prosesi ilə maraqlanan tərəflər də mövcuddur. Minsk qrupu həmsədrlərinin sayının artırılması haqda ilk dəfədir sizdən eşidirəm. Yeni bir təklif prosesin qəsdən və ya istəmədən pozulmasına gətirə bilər”.

E.Məmmədyarov deyib ki, köhnə və yeni ideyaların hamısı masa üzərindədir: “Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq. Problem asan olsaydı, çoxdan həll olunmuşdu".

Həmsədrlərin sayına gəldikdə, E. Məmmədyarov qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?

 "Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini də yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır", – deyə nazir qeyd edib. (APA) 
20.11.2017 13:51:00
Oxuma sayı: 1230