"Judo Club 2012"nin yetirmələri daha bir uğura imza atdı - FOTO
Ölçü:


Bakının tanınmış idman klublarından olan "Judo Club 2012"-nin yetirmələri Azərbaycan yığma komandalarının tərkibində son günlər iki beynəlxalq yarışda uğurlu nəticələrə nail olublar.

Koordinat.az xəbər verir ki,  klubun yeniyetmə cüdoçuları Vüsalə Kərimova (44 kq) və Yaqub İsmayılzadə (90 kq) öz yaş qrupları üzrə  aprelin 21-22-də Tunisdə keçirilmiş Afrika kuboku (Junior African Judo Cup) yarışlarında qızıl medal qazanıblar. Vüsalə finalda tunisli Rania Harbou, Yaqub isə sloveniyalı Rok Pogorevic üzərində inamlı qələbə qazanıblar.

Beynəlxalq turnir bu ilin oktyabrında yeniyetmə idmançıların  Argentinada keçiriləcək Olimpiadasına lisenziya xalları verir.

"Judo Club 2012"-nin dörd yetirməsi isə Türkiyənin İstanbul şəhərində karate (WKF) üzrə keçirilən 9-cu dünya çempionatında mükafata layiq yerlər tutub. Belə ki, idmançılardan Şahin Rzazadə (35 kq) və Fidan Dadaşova  (47 kq) qızıl medal, Eldar Heybətov (38 kq) və Kənan Babayev gümüş medal, Sahib Süleymanov (38 kq) bürünc medala sahib olublar.

24.04.2018 17:33:00
Oxuma sayı: 667