Türk mühəndislərinin hərbi qüvvələri üçün icad etdiyi yeni silah - VİDEO
Ölçü:

Koordinat.az TRT-yə istinadən xəbər verir ki, türk mühəndisləri quru və su qüvvələrinin də istifadə edə biləcəyi, avtomatik idarə sistemli silah hazırlayıblar. Silah hədəfi özü müəyyən edə bilir və dəqiq atəş edə bilir. Kamera və hərəkət sensorları ilə təhciz edilən silah həm avtomatik, həm də kompüter vasitəsiylə idarə edilə bilir. Bütün hava şəraitlərində istifadə edilərək düşmənin istər canlı, istər zirehli texnikasın məhv etmək iqtidarında olan silah müxtəlif tip mərmilərlə təhciz edilə bilir.



10.09.2015 11:48:31
Oxuma sayı: 1091