Ombudsman amnistiya üçün müraciət etdi
Ölçü:


“Elmira Süleymanova o qədər kübar xanımdır ki, adam tənqidi fikirlər söyləmək istəmir. Mən təklif edirəm ki, insan hüquqları ilə bağlı qanun layihəsi hazırlanarkən qanunlar müvəkkilə göndərilsin və onun rəyi öyrənilsin”.

Koordinat.az
-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Tahir Kərimli Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tamam olur. “Ombudsman Elmira Süleymanova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı ölkədə Amnistiya aktının qəbul edilməsi üçün Milli Məclisə müraciət edib. Bu çox yaxşı haldır. Mən bir də istərdim ki, problemli kreditlərlə bağlı da Ombudsmanın da müdaxiləsi olsun”.
24.04.2018 12:43:00
Oxuma sayı: 432