Daha iki vəkilin fəaliyyəti dayandırıldı – Baş Prokurorluğun şikayəti ilə
Ölçü:


Vəkillər Kollegiyası Əsabəli Mustafayevin və Nemət Kərimlinin vəkillik fəaliyyətini 1 illik dayandırıb.

Koordinat.az-ın məlumatına görə, Nemət Kərimli “Azadlıq”a açıqlamasında bildirib ki, onun vəkillik fəaliyyətinin 1 illiyə dayandırılması Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun Vəkillər Kollegiyasına şikayəti ilə əsaslandırılıb. Rüstəm Usubov Nemət Kərimlini Əfqan Muxtarlı işini siyasiləşdirməkdə, ictimaiyyəti çaşdırmaqda ittiham edib. Bu müraciəti əsas tutan Vəkillər Kollegiyası Nemət Kərimlinin fəaliyyətinin 1 il müddətinə dayandırılması barədə bu gün qərar verib.

Eyni üsulla Rüstəm Usubov digər vəkil Əsabəli Mustafayevlə bağlı Kollegiyaya şikayət yazıb. Vəkil Gözəl Bayramlı ilə bağlı işi siyasiləşdirməklə Baş Prokurorluğun nüfuzuna zərbə vurub, eyni zamanda bu həbslə bağlı ictimaiyyəti caşdıran informasiya verib.
24.04.2018 11:37:49
Oxuma sayı: 866