Millət vəkili: "Qarabağı azad etmək daha da çətinləşəcək"
Ölçü:


Ermənistanın demokratikləşməsi Azərbaycanın ziyanınadır.

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev axar.az-a müsahibəsində söyləyib. O, "Ermənistanın demokratikləşməsi Azərbaycanın xeyrinədirmi?" sualına belə cavab verib: "Yalnız delitantlar belə düşünə bilər. Çünki demokratik Ermənistanın iqtisadiyyatı sürətlə inkişaf edəcək. Güclü iqtisadiyyat isə güclü ordu deməkdir. Demokratik ölkə ciddi beynəlxalq dəstək əldə edəcək. Gözdən salınmış dəyərlər bərpa olunacaq. Bunun nəticəsi olaraq Qarabağın azadlığı daha da çətinləşəcək. Unutmaq lazım deyil ki, Qarabağ uğrunda ən qanlı savaş demokrat Levonla Elçibəyin prezidentliyi zamanı baş verib".
23.04.2018 18:53:00
Oxuma sayı: 795