Sarkisyan xalqa müraciət etdi: "...bir neçə həll yolu var, amma onların heç birinə getmərəm"
Ölçü:


Ermənistanın yenicə baş nazir seçilmiş keçmiş prezidenti Serj Sarkisyan baş nazir postundan istefa getməzdən əvvəl bəyanatla çıxış edib.

Koordinat.az xəbər verir ki, Sarkisyan erməni xalqına ünvanladığı bəyanatında səhvə yol verdiyini etiraf edib: “Bütün vətəndaşlara müraciət edirəm. Gecə-gündüz küçələrdə “Serjdən imtina et” çağırşı ilə duranlara, canlı efiri gecə-gündüz seyr edənlərə, hərbçilərə, partiya yoldaşlarıma, bütün siyasi qüvvələrə müraciət edirəm. Sonuncu dəfə ölkə rəhbəri kimi müraciət edirəm: Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var. Amma onların heç birinə getmərəm. Bu mənə görə deyil. Mən ölkə rəhbəri postunu tərk edirəm. Sizin tələbinizi yerinə yetirirəm. Ölkəyə harmoniya və məntiq arzulayıram. Təşəkkür edirəm”
23.04.2018 16:35:41
Oxuma sayı: 617