Ermənistanda son durum: Paşinyan azadlığa buraxıldı, Sarkisyan istefa verir
Ölçü:


Ermənistanda siyasi vəziyyət sürətlə psləşməyə doğru gedir.

Koordinat.az xəbər verir ki, erməni mətbuatının yaydığı məlumata görə, müxalifətlə aparılan danışıqlardan sonra dünən həbs edilmiş müxalifətçi deputat Nikol Paşinyan dərhal azadlığa buraxılıb. Bundan sonra Daxili Qoşunlar da xalqın tərəfinə keçdiyini bəyan edib. Müdafiə Nazirliyi isə əksinə, aksiyaya qoşulan hərbçiləri hədələyib.

Bu arada Rusiya prezidenti Vladimir Putinin köməkçisi Peskov Yerevandakı vəziyyətlə bağlı məsələləri "Ermənistanın daxili işi" adlandırıb. Üstəlik o, Rusiya Ermənistanın daxili işlərinə qarışmadığını da bəyan etdi
23.04.2018 14:53:34
Oxuma sayı: 358