Sarkisyan müxalifətçi deputatla danışıq üçün həbsxanaya gedir
Ölçü:


Ermənistanın baş nazirinin müavini Karen Karapetyan parlamentin deputatları Nikol Paşinyan, Sasun Mikaleyan və Ararat Mirzoyan haqqında deputat toxunulmazılığından məhrum edilməsi ilə bağlı vəsatəti geri götürmək barədə Baş Prokurorluğa müraciət edib. 

Koordinat.az
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb: “Biz bu gün bu qərarı qəbul etdik və mən prokurorluğa müraciət etdim. Mən indi danışıqlar aparmaq üçün cənab Paşinyanla görüşə gedirəm. Sabahkı gün çox mühümdür”.

Qeyd edək ki, bu gün Ermənistan prezidentinin iqamətgahında baş nazir Serj Sərkisyanın iştirakı ilə iclas keçirilib.  Adları çəkilən hər 3 müxalifətçi deputat polis tərəfindən dünən saxlanılıb. Etirazçılar onların dərhal həbsdən buraxılmasını tələb edirlər.

Baş Prokurorluq 3 deputatın həbs olunması üçün onların toxunulmazlığının  götürülməsi ilə bağlı parlamentə vəsatət göndərməyə hazırlaşırdı.
23.04.2018 13:53:00
Oxuma sayı: 498