Şair Namiq Dəlidağlının oxucularla görüşü keçirilib - FOTOLAR
Ölçü:

M.Ə.Rəsulzadə adına kitabxana filialda şair Namiq Dəlidağlının yaradıcılığına həsr olunmuş "Ağ gecənin nağılı" adlı tədbir keçirildi.

Koordinat.az xəbər verir ki, tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başladı. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Gecəni giriş sözü ilə kitabxananın direktoru Ofelya xanım açaraq şairin həyat və yaradıcılığından geniş bəhs etdi. Namiq Dəlidağlının "Ağ gecənin nağılı" şeirini söylədi. S. Sarvan adına "Poeziya Klubu"nun üzvləri, 29 saylı tam orta məktəbin, 1 saylı "Uşaq-Gənclər İnkişaf Mərkəzi"nin və TET Gimnaziyanın şagirdləri şairin şeirlərini ifa etdilər.

Şairlərdən - filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Rafiq Yusifoğlu, Nəcibə İlkin, Məryəm Aslanqızı, Xatirə Fərəcli, Sevinc Qərib, Lilpar Cəmşidqızı, Ədalət İzzətoğlu və digərləri, "Təhsil" Cəmiyyəti İdarə Heyətinin üzvü Taleh Şahməmmədli, "Təhsil" qəzetinin əməkdaşı Reyhan Miqdadqızı, Rafiq Mehdi, "Sumqayitfakt.az" saytının əməkdaşı Natiq İsmayıloğlu, SDU-nin tarix fakültəsinin tələbəsi Kənan Şahbazoğlu çıxış edərək şair haqqında ürək sözlərini dilə gətirdilər və şeirlərindən nümunələr söylədilər. Tədbir boyunca məktəblilərin ifasında şairin şeirləri səsləndirildi. N.Dəlidağlı ona ünvanlanan sualları cavablandırdı.

Sonda N.Dəlidağlı tədbir iştirakçılarına, kitabxana rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu.
22.04.2018 16:26:00
Oxuma sayı: 3232