Deputat nazir təyin ediləcəyi barədə: "Burada da çox rahatam"
Ölçü:


"Dostlar, sosial şəbəkədə mənim gənclər və idman naziri olacağımla bağlı aparılan kampaniyani qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm statusu siləsiniz və bu ölkə rəhbərinin kadr siyasətinə ziddir".

Koordinat.az xəbər verir ki, bunu millət vəkili Adil Əliyev özünün "Facebook" səhifəsində yazıb. O, bəzi saytlarda və sosial şəbəkələrdə onun gənclər və idman naziri təyin olunacağı barədə yayılan xəbərlərin doğru olmadığına işarə edib.

Millət vəkili vurğulayıb ki, Azad Rəhimov yaxın dostudur, həm də yaxşı insandır: "Federasiya olaraq, nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam. Bu gün kimisə "Facebook" üzərindən hansısa vəzifəyə təyin etmirlər. Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm".
22.04.2018 17:44:00
Oxuma sayı: 620