Sarkisyan: “Qarabağ məsələsi yalnız qarşılıqlı güzəştlərlə həll oluna bilər”
Ölçü:


“Dağliq Qarabağ münaqişəsi yalnız danışıqlar və güzəştlər yolu ilə həll oluna bilər”.

Koordinat.az
xəbər verir ki, bunu Ermənistanın yeni baş naziri Serj Sarkisyan “Şant” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, o, problemin həllinin gələcək nəslə saxlanılacağına dair fikirləri bölüşmür: “Danışıqlar prosesi davam etməlidir. Sizin soruşduğunuz “məsələnin həllinə başqa yanaşma” narahatlıq doğurur. “Başqa” nə deməkdir? Ermənistanda Qarabağı Azərbaycana verməyə razı olan adamlar ola bilər? Bu mənə o qədər də aydın deyil”.

Baş nazir deyib ki, sülhə aparan əsas yol güzəştlərdir: “Razılığa gəlmək üçünsə hər iki tərəfin fikirlərini nəzərə almaq lazımdır”.

Sarkisyan bildirib ki, sabitliyi saxlamaq üçün əsas vasitə orduda döyüş qabiliyyətini yüksəltməkdir: “Biz həmçinin müttəfiqlərimizlə olan əməkdaşlığımızı da inkişaf etdirməli, və dərinləşdirməliyik. Çünki onlardan çox şey asılıdır”. 
20.04.2018 11:12:50
Oxuma sayı: 383