NATO və rusiyalı generallar Bakıda razılığa gəldilər
ABŞ-ın Azərbaycandakı səfirliyindən Koordinat.az-a verilən məlumata görə, NATO bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, iki yüksək rütbəli hərbçinin görüşündə məqsəd proqnozlaşdırıla bilmə və şəffaflığı artırmaqdır: “Görüşdə hərbi vəziyyət və təlimlər barədə müzakirələr aparılıb. Bu təkbətək görüş hərbçilər arsında ünsiyyətin saxlanılması və NATO-nun dialoq və şəffaflıq siyasətinə uyğunluğa olan ortaq marağın aşkar göstəricisidir”
Bəyanatda bildirilib ki, bu görüş 7 sentyabr 2017-ci ildə NATO-nun Həbri Komitəsinin sədri, general Petr Pavelin Valeri Gerasimovla Bakıdakı şəhərində görüşünün davamıdır: “General Skaparrotti və general Gerasimov gələcəkdə hərbçilər arasında ünsiyyəti davam etdirmək barədə razılığa gəliblər”.
20.04.2018 09:39:00
Oxuma sayı: 663