Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürülür
Ölçü:


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlının cinayət işinə Qazax rayon Məhkəməsində baxılacaq. Məhkəmənin vaxtı gələn həftə təyin ediləcək.

Koordinat.az
xəbər verir ki, bu barədə vəkil Zibeydə Sadıqova “Amerikanın Səsi”nə bildirib. Onun sözlərinə görə, Gözəl Bayramlı Gəncə İstintaq Təcridxanasına köçürüləcək. Gözəl Bayramlı bu il mayın 25-də Gürcüstandan qayıdarkən sərhəddə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. G.Bayramlı həbsinin siyasi xarakter daşıdığını bildirib.

Noyabrın 1-də Gözəl Bayramlının cinayət işi üzrə ibtidai istintaqın başa çatdığı elan olunub.
20.11.2017 10:03:00
Oxuma sayı: 1609