ABŞ səfirliyindən Ermənistandakı vətəndaşlarına xəbərdarlıq
Ölçü:


ABŞ səfirliyi öz vətəndaşlarını Ermənistanda kütləvi etiraz aksiyalarının keçirildiyi yerlərə getməkdən çəkinməyə çağırıb.

Koordinat.az
xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdarlıq yayıb: “ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

Ölkə parlamenti aprelin 17-də S.Sərksiyanı baş nazir seçib/Report.
19.04.2018 10:28:00
Oxuma sayı: 542