Ermənistanda “məxməri inqilab”ın başladı – FOTO
Ölçü:


Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz olaraq Yerevanda keçirilən aksiyanın rəhbəri, müxalif deputat Nikol Paşinyan Ermənistanda “məxməri inqilab”ın başladığını elan edib.

Koordinat.az
xəbər verir ki, mitinqin keçirildiyi Fransa meydanına təqribən 3 min nəfər toplaşıb. N.Paşinyan bildirib ki, onun tərəfdarları dövlət orqanlarının fəaliyyətini iflic etmək niyyətindədir: “Ölkədə inqilabi vəziyyət yaranıb və mən qeyri-zorakı xalq “məxməri inqilab”ının başladığını elan edirəm”.

Qeyd edək ki, hazırda Ermənistan parlamentində xüsusi iclas keçirilir. İclasda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsi müzakirə olunur.
17.04.2018 14:23:49
Oxuma sayı: 143