Sarkisyandan aprel döyüşləri barədə etiraf : "Gözlənilməz oldu"
Ölçü:


“Aprel müharibəsi bizim üçün gözlənilməz, həm də gözlənilən idi”.

Koordinat.az xəbər verir ki, bunu Ermənistanın baş naziri postuna namizəd, eks-prezident Serj Sarkisyan parlamentin bu günkü iclasında çıxışı zamanı deyib. Aprel müharibəsinin dərsləri barədə danışan Sarkisyan qeyd edib ki, Ermənistan bundan sonra Azərbaycan rəhbərliyinin Qarabağ probleminin güc yolu ilə ilə həllindən imtina edəcəyinə ümid etməməlidir: “Aldığımız dərslərdən biri odur ki, silahlı qüvvələrin vəziyyətinin yaxşılaşmasına diqqət yetirməliyik, ən vacibi isə əsgər və zabitlərin döyüş ruhunun yüksəldilməsi üçün onların məişət problemləri həll olunmalıdır” – deyə Sarkisyan dolayısı ilə orduda olan pis vəziyyətə işarə edib.
17.04.2018 13:59:00
Oxuma sayı: 364