Maliyyə Bazarlarına Nəzarət Palatası: “Devalvasiya üçün əsas yoxdur”
Ölçü:


“Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”.

Koordinat.az xəbər verir ki, bunu bu gün Bakıda “Kredit Məlumatları Təchizatçılarının Regional Assosiasiyası”nın təsis edilməsinə həsr edilməsinə konfransda Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş İcraçı Direktoru İbrahim Alışov deyib. Onun sözlərinə görə, son bir həftədə Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrdə, Türkiyə, Rusiya kimi ölkələrdə valyuta qiymətlərinin milli valyutaya nisbətdə volatilliyi Azərbaycanda da psixoloji gərginlik yaratmaqdadır: "Bizim müşahidələr və təhlillər onu göstərir ki, bankların heç birində nağd valyuta tələbatlarını qarşılamamaq imkanları yoxdur. Mərkəzi Bank banklara, bank filiallarına yetərincə nağd valyuta satışını həyata keçirib. Bu sadəcə psixoloji amildir. Bizim apardığımı təhlil göstərir ki, burada alışı həyata keçirən daha çox əhali qrupudur. Bizim apardığımız hesablamalara görə son 1 həftə ərzində ortalama valyuta alışı adambaşına 800-1300 dollar olub. Bu onu deməyə əsas verir ki, sadəcə qonşu ölkələrdə baş verən hadisələrlə əlaqədar psixoloji amillərdən əhali qrupu bir az təşvişə düşüb. Azərbaycanda devalvasiya üçün heç bir makroiqtisadi əsas yoxdur”.
17.04.2018 11:32:00
Oxuma sayı: 194