Azərbaycan hər il ATƏT-ə 45 min avro ödəyir
Ölçü:


Avtopa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) büdcəsi açıqlanıb.

Koordinat.az
xəbər verir ki, təşkilatın illik büdcəsi 141 milyon avro təşkil edir. Bu vəsaitin 60 faizini 6 ölkə - Böyük Britaniya, ABŞ, Fransa, İtaliya, Kanada və Almaniya təmin edir. Azərbaycanın ATƏT-ə ödədiyi illik üzvlükhaqqı isə 45 min avro təşkil edir.

Müqayisə etsək, ATƏT-in büdcəsi Birləşmiş Millətlər Təşkilatının (BMT) büdcəsinin yalnız 3 faizini təşkil edir. Buna baxmayaraq, məhz ATƏT Donbas və Qarabağ regionunda fəaliyyətdə olan yeganə beynəlxalq strukturdur.

ATƏT-in Qarabağdakı münaqişə zonasında 6 müşahidəçisi var.

Qeyd edək ki, 57 üzvü olan ATƏT-in Bakı ofisi 2015-ci ildə bağlanıb (Modern.az).
 
17.04.2018 11:21:00
Oxuma sayı: 510