Yevlaxda ağır qəza
Ölçü:



Yevlaxda ağır yol qəzası baş verib.

Koordinat.az
xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində baş verib.

“VAZ-2106” markalı  “66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin dediklərinə görə, qəza zamanı avtomobildə  4 nəfər olub.

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
16.04.2018 20:15:00
Oxuma sayı: 366