AŞPA həmməruzəçiləri Azərbaycana gələcək
Ölçü:


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) monitorinq komitəsinin həmməruzəçiləri bu il iyun ayının birinci yarısında Azərbaycana səfər edəcəklər.

Koordinat.az xəbər verir ki, bu barədə  AŞPA-nın həmməruzəçisi Ştefan Şennak bildirib. Onun sözlərinə görə, hazırda tərəflər səfərin dəqiq tarixini razılaşdırırlar.

Xatırladaq ki, həmməruzəçilər Sezar Florin Preda və Ştefan Şennak aprelin 11-də Azərbaycanda keçirilmiş Prezident seçkilərində AŞPA müşahidə missiyasının heyətində Bakıda olublar/Report.
16.04.2018 15:18:00
Oxuma sayı: 399