İlham Əliyev Ramiz Mehdiyevi belə təbrik etdi - FOTOLAR
Ölçü:


Prezident İlham Əliyev bu gün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.

Koordinat.az
xəbər verir ki, akademik Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlətimizin başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.

Xatırladaq ki, sabah Ramiz Mehdiyevin 80 yaşı tamam olacaq.
16.04.2018 13:12:00
Oxuma sayı: 103