Son 15 ildə ölkədə 1,9 milyon yeni iş yeri yaradılıb
Koordinat.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yap.org-a müsahibəsində deyib. Onun sözlərinə görə, bu dövrdə respublikanın sosial həyatını müasirləşdirən çoxsaylı infrastruktur layihələri icra edilib, o cümlədən 3,1 min məktəb, 642 tibb müəssisəsi tikilmiş və ya təmir edilib, 43 müasir idman kompleksi inşa olunub, 12,3 min kilometr yol çəkilib, 443 körpü inşa edilib, 92 müasir qəsəbə və yaşayış kompleksi salınmaqla, 270 minədək məcburi köçkün müasir şəraitli mənzillərlə təmin edilib.
“Mühüm sosial-iqtisadi infrastruktur layihələrinin, sosial məsələlərin həlli üçün zəruri resurs potensialının maliyyələşdirilməsi şəraitində ölkənin valyuta ehtiyatlarının 23 dəfə artırılaraq 42 milyard dollara çatdırılması təmin edilib. 2003-2017-ci illərdə ölkədə 1,4 milyonu daimi olmaqla, 1,9 milyon yeni iş yerlərinin yaradılmasına imkan verib. Qeyd olunan dövrdə əhalinin sahibkarlıq fəaliyyətindən gəlirləri 10,4 dəfə, əmək ödənişlərindən gəlirləri isə 7,5 dəfə artıb, sosial sahədə dövlətin balanslaşdırılmış iştirak səviyyəsini tənzimləmək məqsədilə sosial xərclərin optimal həddi gözlənilməklə sosial müdafiə və təminat üçün dövlət büdcəsində nəzərdə tutulmuş xərclərin həcmində 10,3 dəfə artım qeydə alınıb”, - deyə nazir vurğualyıb.
16.04.2018 11:12:00
Oxuma sayı: 474