Azərbaycanın bu rayonlarına qar yağdı- FOTOLAR
Ölçü:


Azərbaycanın bəzi rayonlarına bahar fəsli üçün xarakterik olmayan qar yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Koordinat.az-a verilən məlumata görə, xüsusilə dağlıq ərazilərdə qarın hündürlüyü normadan artıq olub. Ən çox yağıntı Quba-Qusar, Şamaxı-İsmayıllı zonasında müşahidə olunub. Belə ki, dünəndən başlayan güclü leysan yağışları bu gün sulu qarla, günün ikinci yarısından  qarla əvəzlənib. Şamaxının  Pirbəhli, Qızmeydan, Dəmirçi, Zarat və Ərçiman dağ kəndlərində qarın qalınlığı 10-20 sm təşkil edib.

Həmçinin Balakən, Zaqatala və Qax rayonlarının dağlıq və dağətəyi kəndlərinə qar yağıb.

Qeyri-sabit hava şəraiti avtomobil yollarına təsir etməyib. Şamaxı-Pirqulu, Şamaxı-İsmayıllı, Şamaxı-Ağsu və Şamaxı-Bakı yolu işlək vəziyyətdədir.
15.04.2018 17:56:00
Oxuma sayı: 559