Bakıda daha bir süpürgəçini avtomobil vurub öldürdü - FOTO
Ölçü:


Bu gün Bakıda küçələri təmizləyən daha bir süpürgəçi qadını maşın vurub öldürüb.

Koordinat.az xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb. Bildirilir ki, hadisə bu gün təxminən 15:30-da Atatürk prospektində baş verib.

Şahidlərin bildirdiyinə görə, avtomobilin vurduğu qadının əynindən dərhal küçə təmizləyənlərin xüsusi geyimi çıxarılıb ki, heç kim onun kommunal xidmət əməkdaşı olduğunu bilməsin.

İctimaiyyətin iradlarına və KİV-lərdə dərc olunmuş tənqidi yazılara baxmayaraq, şəhər rəhbərliyi xüsusi təmizləyici texnika (dünyanın bütün sivil ölkələrində olduğu kimi!!!) almaqdan imtina edib və bu səhlənkarlıq ucbatından daha bir xadimə qadın ölüb. Bu artıq üçüncü belə sonluqdur! Maraqlıdır, daha neçə adam ölməlidir ki, şəhər hakimiyyəti fikrini dəyişsin və paytaxtın əsas magistrallarından xadimələri yığışdırsın?!
15.04.2018 17:31:00
Oxuma sayı: 398