ABŞ Suriyadakı əsgərlərini çıxarmayacaq
Ölçü:


ABŞ Suriyadakı hədəflərinə çatana qədər bu ölkədən əsgərlərini çıxarmayacaq.

Koordinat.az
xəbər verir ki, bu barədə Birləşmiş Ştatların BMT-dəki səfiri Nikki Heyli bəyan edib: “Biz qarşıya qoyulan bütün hədəflərə çatmayınca Suriyadan getməyəcəyik”.

Diplomat qeyd edib ki, bu hədəflər arasında İŞİD terror qruplaşması üzərində qələbə, ABŞ üçün kimyəvi silah riskinin tam aradan qaldırılması və İranın fəaliyyətinin izlənilməsi var.

15.04.2018 20:33:00
Oxuma sayı: 443