MSK 4 məntəqədə seçkinin nəticələrini ləğv etdi - SİYAHI
Ölçü:


Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələri ləğv edilib.

Koordinat.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib. O bildirib ki, 57 saylı Kürdəmir Seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsinin, 73 saylı Lənkəran şəhər Seçki Dairəsinin 10 saylı məntəqəsinin, 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. O bildirib ki, bu məntəqələrdə pozuntu halı aşkarlanıb.

 
15.04.2018 11:47:27
Oxuma sayı: 339