BMT Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnamə tələbini qəbul etmədi: 8 əleyhinə, 3 leyhinə, 4 bitərəf
Ölçü:


Təhlükəsizlik Şurası Rusiyanın Suriya ilə bağlı qətnaməsini qəbul etməyib.

Koordinat.az
xəbər verir ki, "RİA Novosti"nin yaydığı məlumata görə, Rusiyanın Suriyaya qarşı aqressiv münasibətə son qoyulması qətnaməsi səs çoxluğu qazanmayıb. Sənəd üzrə səsvermə BMT Təhlükəsizlik Şurasının ABŞ-ın, Britaniyanın və Fransanın Suriyaya zərbələrindən sonra Rusiyanın çağırışı ilə baş tutan təcili iclasında keçirilib.  Sənədin lehinə Rusiya, Çin və Boliviya səs verib. Lakin 8 ölkə qətnamənin əleyhinə çıxıb. Daha 4 ölkənin nümayəndəsi səsvermələrdə bitərəf qalıb.

Rusiya qətnamə layihəsində koalisiyanın hərəkətlərini pisləyib və ABŞ-dan, onun müttəfiqlərindən Suriya əleyhinə təcavükar münasibətə dərhal son qoyulmasını, habelə BMT nimzamnaməsi və beynəlxalq hüququn pozulması ilə gücdən istifadə edilməməsini tələb edib.

Xatırladaq ki, ABŞ Fransa və Böyük Britaniya ilə birgə Suriyadakı bir sıra strateji obyetklərə 100-dən çox raket zərbəsi endirib.Suriya hökuməti Dəməşq və ətrafında vurulan strateji obyektlərin siyahısı da yayılıb.Həmin obyektlərin siyahısı belədir:
Dəməşqdə Respublika Mühafizə Briqadası
Hava hücumundan müdafiə bazası – Jabal Qaseen anbarı
Mezze hərbi hava limanı
Ad Dumayr Hava hərbi bazası
Elmi Tədqiqat Mərkəzi – Dəməşq
Elmi Tədqiqat Mərkəzi – Jamraya Dəməşq
Xüsusi təyinatlı qüvvələr  – Dəməşq
Al Rahiba Şərq Qalamun Xomhuri mühafizəçilərinin yaxınlığındakı hərbi ərazilər – Dəməşqin kənd ərazisi
Alkaswa – Dəməşq kənarında yerləşən yerlər
Pambıqlı bir gölə yaxın Homs Qərb
Hava limanı Balkçalı İsveçlilər
Yarmouk bazası
Daraa yaxınlığında Azra bölgəsindəki İran bazası
Homs çölündə drenaj anbarları
Tal Mari’deki İran bazası
Dəməşq Beynəlxalq Hava Limanı ətrafında şüşə ev
14.04.2018 22:31:00
Oxuma sayı: 430