Dünya nəhəngi Google loqosunda dəyişiklik edib
Ölçü:



Kaliforniya əsaslı dünya nəgəngi olan  Google şirkəti öz loqotipini yeniləyib. Koordinat.az-ın məlumatına görə, dəyişikliklər loqonun hərf formasını və onun əlavə texniki elementlərini əhatə edib. Bununla belə, təsvirin  konsepsiyası – şirkətin altı hərfdən ibarət adı və rəng qamması qorunub saxlanılıb.  

“Loqotip daha incə və sadə olub. O  mobil internet-platformalara indi daha çox yaraşır və smartfonların ekranında daha optimal görünür”, deyə  KTLA telekanalı qeyd edib.

Google rəhbərliyinin yaydığı məlumatda isə yeni loqonun daha “sadə, parlaq, lakonik və daha yaxın” olduğunu qeyd edib.  

Qeyd edək ki, loqotipin yenilənməsi Google şirkətinin strukturunun tamamilə dəyişməsindən sonra baş verib.  Google şirkəti hazırda yeni yaradılmış Alphabet holdinqinin törəmə qurumuna çevrilib.
02.09.2015 11:49:32
Oxuma sayı: 1251