İran və Rusiya prezidentləri də İlham Əliyevi təbrik etdi
Ölçü:


İran prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Koordinat.az xəbər verir ki, əbrikdə deyilir: "Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm".


Rusiya prezidenti Vladimir Putin isə İlham Əliyevə təbrikini teleqramla göndərib.Rusiya prezidenti seçkilərdə inamlı qələbənin qazanılmasının İlham Əliyevin yüksək siyasi avtoritetə malik olduğunu və iqtisadi-sosial məsələləri, xarici siyasətdəki hədəfləri düzgün müəyyənləşdirdiyinin sübutu adlandırıb.

Putin Moskva ilə Bakı arasında mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənəcəyinə ümidini ifadə edib.
12.04.2018 12:06:08
Oxuma sayı: 462