Ərdoğan Lavrova irad turdu: "Heç kimin haqqı yoxdur"
Ölçü:


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bəyanatını tənqid edib.

Koordinat.az
xəbər verir ki, Türkiyə prezidenti Sergey Lavrovun bəyanatının yanlış olduğunu bildirib. O qeyd edib ki, heç kimin Türkiyəyə Afrində necə hərəkət etmək barədə göstəriş verməyə haqqı yoxdur. Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan etmişdi ki, Türkiyə Afrini Suriya hakimiyyətinə qaytarmalıdır.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.
10.04.2018 19:53:00
Oxuma sayı: 502