Ermənilər Kəlbəcər-Zod yoluna görə təlimlər keçirib
Ölçü:



Ermənistan Baş Qərargah rəisi Movses Akopyan ötən həftə ölkə ərazisində keçirilən təlimlərin detalları ilə bölüşüb.

Koordinat.az
Ermənistan KİV-nə istinadən xəbər verir ki, 2-ci korpusun həyata keçirdiyi təlimlər zamanı dağlıq şəraitdə döyüş üsulları yoxlamadan keçib. Hərbi təlimlərdə hərbi aviasiyadan da aktiv şəkildə istifadə olunub.

“Təlimlər ilk dəfə idi ki, təmas xəttinin yaxınlığında keçirilirdi. Şəxsi heyətin dağlıq şəraitdə döyüş vərdişləri də yoxlanılıb. Əsas məqsəd, Zod-Kəlbəcər yolunun bağlanmasının qarşısını almaq üçün ordu birləşmələrinin hazırlığını yoxlamaq idi”-deyə Akopyan deyib.
10.04.2018 16:00:00
Oxuma sayı: 528