MSK sabahkı seçkilərlə bağlı məlumatları 5 dəfə elan ediləcək
Ölçü:


Sabah - aprelin 11-də Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə keçiriləcək.

Koordinat.az
xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ölkə ərazisindəki 125 Dairə Seçki komissiyalarının sabahkı seçkilərə tam hazır olduğunu bəyan edib. Bildirilir ki, Azərbaycanda 5641 Məntəqə Seçki Komissiyası, 5426 daimi seçki məntəqəsi, 215 müvəqqəti seçki məntəqəsi mövcuddur. Seçki komissiyalarına təyin olunmuş məşvərətçi səs hüquqlu komissiya üzvlərinin sayı  5253 nəfərdir.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, Mərkəzi Seçki Komissiyası (MSK) səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Mərkəzi Seçki Komissiyası 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar İlham Əliyev, Qüdrət Həsənquliyev, Araz Əlizadə, Fərəc Quliyev, Razi Nurullayev, Hafiz Hacıyev, Zahid Oruc və Sərdar Məmmədovdur (Cəlaloğlu).
10.04.2018 11:21:00
Oxuma sayı: 626