Bağlanan bankların əmlakları satışa çıxarılır
Əmanətlərin Sığortalanması Fondundan Koordinat.az-a verilən məlumata görə, 20 lot üzrə əmlak ikinci dəfə hərraca çıxarılır, 19 lot üzrə - üçüncü dəfə, 2 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır. Dördüncü dəfə hərraca çıxarılan ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı bağ evinin və ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 1 ədəd “Daewoo Nexia” avtomobilinin ilkin satış qiyməti 30% aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac 30 aprel 2018-ci il tarixində keçiriləcək.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd “Lexus LX-570”, 1 ədəd “Mercedes Benz CLS 63 AMG”, 1 ədəd “Mercedes Benz GL500”, 1 ədəd “Mercedes Benz S500i”, 2 ədəd “Mitsubishi Lancer” markalı avtomobillər, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi üçüncü dəfə hərraca çıxarılıb. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15% aşağı salınıb.
Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparatları, ləğv prosesində olan “Zaminbank” ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan “Royalbank” ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı “Ford Transit” avtomobili hərraca ikinci dəfə çıxarılıb.
İkinci və üçüncü dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac 7 may 2018-ci il tarixində keçiriləcək.
10.04.2018 10:34:00
Oxuma sayı: 614