Ermənistanda hökumət yenidən qurulur
Ölçü:


Ermənistan prezidenti Armen Sərkisyan aprelin 9-da baş nazir Karen Karapetyanla görüşüb və Nazirlər Kabinetinin istefasını qəbul edib.

Koordinat.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, Konstitusiyaya əsasən yeni seçilən prezident vəzifəsinin icrasına başladığı gün hökumət istefa verir. Nazirlər Kabinetinin istefası qəbul olunandan 7 gün sonra parlament səs çoxluğu ilə baş naziri təyin edir. Konstitusiya qanununa görə hökumət rəhbəri seçkiləri aprelin 17-də parlamentin xüsusi iclasında keçirilməlidir.

Baş nazirin təyinatından sonrakı 15 gün müddətində yeni Nazirlər Kabinetinin tərkibi müəyyənləşdirilməlidir.
09.04.2018 17:27:00
Oxuma sayı: 548