Xaricdən məhsul gətirilməsə Azərbaycanı nə gözləyir? - qıtlıq, kəskin bahalaşma...
Ölçü:


“Manatın sabitliyi müəyyən mənada ölkəyə idxal edilən məhsulların artmasına səbəb olub. Kimsə deyirsə ki, sərhədləri bağlamaq lazımdır, bundan sonra yerli istehsal canlanacaq, qətiyyən belə deyil. Əgər idxal mallarına sərhədləri bağlasaq, bu ölkədə total qıtlıq, kəskin qiymət artımına səbəb olacaq”.

Koordinat.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli ölkəyə idxal məhsullarının azaldılması ilə bağlı göstəriciləri “Exo” qəzetinə şərh edərkən deyib. O qeyd edib ki, bazarda nə qədər çox məhsul olsa, o qədər yaxşıdır. Ekspertə görə, yerli istehsalı stimullaşdırmaqdan ötrü sahibkarlara münasib şərtlərlə kreditlər verilməlidir. Onun fikrincə, indi kreditlər yüksək faizlə və qısa dönəmə verilir: “Təsəvvür edin, iş adamı çayçılıqla məşğul olmaq istəyir, kredit götürüb, çay kolları basdırıb. Məhsul 5-6 ildən sonra olacaq. Belə kredit verilməsi şəraitində kənd təsərrüfatı ilə kim məşğul olacaq?”.
09.04.2018 13:09:00
Oxuma sayı: 3951