Məzahir Pənahov: “Seçkiyə müdaxilə cəhdləri müasir dünyanın reallığına çevrilib"
Ölçü:


“Azərbaycanda prezident seçkilərinə müdaxilə cəhdlərinin olmadığını demək sadəlövhlük olardı”.

Koordinat.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov RİA Novosti-yə müsahibəsində deyib. O qeyd edib ki, seçkiyə müdaxilə cəhdlərinin olmadığını söyləmək, sadəlövhlük olardı: "Təəssüflə təsdiq edirik ki, müdaxilə cəhdləri, arzuları müasir dünyanın reallığına çevrilib”.

MSK sədrinin sözlərinə görə, ötən illərdə belə cəhdlər uğursuzluğa düçar olub, belə ki, onların ciddi amil olan sosial bazası mövcud deyil: “Seçkiqabağı kampaniya zamanı ciddi pozuntular qeydə alınmayıb”.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.
09.04.2018 14:06:00
Oxuma sayı: 1026