Kəlbəcərli seçicilər üçün növbəti qəbul keçirilib - FOTOLAR
Ölçü:


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə növbəti qəbul keçirilib.

Koordinat.az xəbər verir ki, noyabrın 17-də keçirilən qəbulu millət vəkilinin nümayəndəsi Həbib Misirov aparıb. O, bildirib ki, Cavid Qurnabovun tapşırığına əsasən, kəlbəcərli seçicilər üçün mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir. Onun sözlərinə görə, müraciətlər əsasən iş və  yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardımla bağlı olub.

Qəbula gələn seçicilərin problemləri  ayrı-ayrılıqda  dinlənilib , onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirilib. Qeyd olunub ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib.

Xatırladaq ki, budəfəki qəbulda 31 seçici iştirak edib. Bildirilib ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır, onların problemlərinin həlli üçün əlindən gələni etməkdədir.


18.11.2017 20:36:00
Oxuma sayı: 1309