Prezidentliyə namizədlərin ödənişsiz efir vaxtı qurtarıb
Ölçü:


İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Azərbaycan Prezidentliyinə namizədlər üçün ayırdığı ödənişsiz efir vaxtı başa çatıb.

Koordinat.az
xəbər verir ki, İTV namizədlərə ümumilikdə 18 saat (9 saat televiziya, 9 saat radio) pulsuz efir vaxtı ayırmışdı. Martın 19-dan başlayan debatlar hər həftənin I, II, III günləri saat 22:00-dan 23:00-dək keçirilib. Sonuncu həftə isə debatların vaxtı dəyişdirilib. Belə ki, “dəyirmi masa”nın vaxtı bir gün əvvələ, yəni ötən həftənin bazar gününə təyin edilib. Ona görə də bu gün-aprelin 4-də prezidentliyə namizədlərin debatı olmayacaq.

Azərbaycanda seçkiqabağı təşviqat aprelin 10-da dayandırılacaq.


04.04.2018 10:56:00
Oxuma sayı: 801