sınaq imtahanına qeydiyyat başladı
Ölçü:


I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanlarına daha səmərəli hazırlaşmalarına kömək məqsədi ilə aprelin 29-da növbəti  sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən Koordinat.az-a verilən məlumata görə, sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.

Aprelin 29-da keçiriləcək sınaq imtahanına qeydiyyat 3 aprel  saat 10:00-dan 24 aprel saat 10:00-dək aparılacaq.
03.04.2018 11:12:00
Oxuma sayı: 1015